Martın 15-də Bakı Apellasiya Məhkəməsində “Abzas Media” işi üzrə saxlanılan araşdırmaçı jurnalist Hafiz Babalı və saytın reportyoru Elnarə Qasımovanın işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərin yaxınları məlumat verib.
Apellasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin martın 7-də həm Hafiz Babalı, həm də Elnarə Qasımova barəsində verdiyi həbs qətimkan tədbiri müddətinin 3 ay uzadılması ilə bağlı verdiyi qərarı qüvvədə saxlayıb.
Hər iki jurnalistə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar isə həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildiriblər.
Gununsesi.info