Apellyasiya Məhkəməsi Əvəz Zeynallı ilə bağlı qərar verdi

  • By admin
  • 13 Sentyabr 2022 12:13

Bakı Apellyasiya Məhkəməsi Xural Tv-nin rəhbəri Əvəz Zeynallının barəsindəki həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Gununsesi.info-nun xəbərinə görə, jurnalistin vəkili Aqil Layic onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış 4 aylıq həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatət vermişdi.

Məhkəmədə vəkil Əvəz Zeynallının tanınmış şəxs olduğunu və heç bir yerə getməyəcəyini desə də hakim Həsən Əhmədov bu təklifi qəbul etməyib.

Gununsesi.info