Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb - MÜXALİF LİDER ACLIĞA BAŞLAYIB

  • By admin
  • 05 Yanvar 2023 18:35
Bu gün Bakı Apellyasiya Məhkəməsi tanınmış müxalifət lideri Tofiq Yaqublu barəsindəki 30 sutkalıq inzibati həbslə bağlı apelliyasiya şikayətinə baxıb.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib.
Prosesdə çıxış edən Tofiq Yaqublu  bildirib ki, İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində  ailə üzvləri ilə  görüşlərinə qoyulan qadağaya, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan edir.
Günay
Gununsesi.info