“Apocalyptica” qrupu İstanbul konsertini təxirə salıb

  • By admin
  • 13 Mart 2017 23:12

qrup musiqi

Finlandiyanın məşhur “Apocalyptica” qrupu İstanbul konsertini təxirə salıb.

Gununsesi.info posta.com.tr-yə istinadən xəbər verir ki, bu barədə qrup özü açıqlama verib.

8 aprel tarixinə nəzərdə tutulmuş konsertin təxirə düşməsinə səbəb Finlandiya, Böyük Britaniya və Almaniya xarici işlər nazirliklərinin (XİN) qrupa xəbərdarlıq etməsidir.

Ehtimal olunur ki, XİN-lərin xəbərdarlığının səbəbi Hollandiya və Türkiyə arasında baş vermiş siyasi qalmaqaldır.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb, eyni zamanda Türkiyənin ailə və sosial siyasət nazirini ölkədən deportasiya edib.

Gununsesi.info