Dünyaca məşhur “Apple” şirkəti İngiltərənin avtomobil nəhəngi “McLaren” şirkətini satın alır.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iki ildir ki,“Apple” “Formula 1”də yarışan İngiltərənin “McLaren” şirkətini satın almaq üçün danışıqlara başlayıb.
“McLaren” şirkəti, avtomobil sənayesindən nəqliyyyat vasitələrindəki kompüter sistemlərinə, karbon fiber və alüminium texnologiyalarına qədər bir çox fərqli sahədə ixtisaslaşıb.
Avtomobil mütəxəssisləri hesab edirlər ki, “Apple” şirkəti “McLaren” Texnologiya Qrupunu satın alandığı halda, şirkətin son iki ildən bəri həyata keçirməyə çalışdığı elektriklə işləyən nəqliyyat vasitələri layihəsini də sürətləndirəcəyi qeyd edilir.
Xatırladaq ki, “Apple” 2014-cü ildə “Beats Electronics” şirkətini də təxminən 3 milyard dollara almışdı.
Anar
Gununsesi.info