“Apple” istifadəçilərinə qarşı yeni haker hücumu aşkar edilib

“Apple” istifadəçilərinə qarşı yeni haker hücumu aşkar edilib

“Eset” antivirus şirkəti “Apple” texnikasından istifadə edənlərə qarşı həyata keçirilən yeni haker hücumu haqda məlumat verib. Hakerlər məlumatları ələ keçirmək üçün “ikiqat” göndərilmədən istifadə edirlər.
 
Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, fırıldaqçılar tərəfindən istifadəçiyə göndərilən məktubda “App Store” rəqəmli mağazasında mövcud olmayan mobil proqramın satınalması haqda informasiya yerləşdirilib. Mətndə razılaşmanın qiyməti daxil olmaqla,  sifarişin detalları göstərilib. Göndərənin “Apple” şirkətinə aid olmayan ünvanı, səhv ad üzrə müraciət və bərkidilmiş şübhəli sənəd saxtakarlıqdan xəbər verir.

Göndərilmiş faylı açdıqda “ödəniş haqda qəbz”i görmək olar və ona fişinq saytına yönəldən istinad əlavə edilib. Fişinq saytında istifadəçiyə “Apple ID” hesabının məlumatlarını daxil etmək, fərdi məlumatları, həmçinin bank kartının məlumatlarını təsdiq etmək təklif edilir.

Bu fişinq kampaniyasının özəlliyi ondadır ki, potensial qurban daha sonra eyni sayta istinad edən daha bir məktub alır. “Apple” şirkətinin texniki dəstək xidmətinin adından göndərilmiş ikinci məktub istifadəçinin hesabı haqda informasiyanın bir hissəsinin təsdiq edilməməsi barədə xəbərdarlıq edir.

“Eset” şirkəti belə kiberhücumun qurbanı olmamaq üçün istinadlar üzrə keçid etməməyi, həmçinin kompüteri “Antifişinq” və “Antispam” funksiyalarına malik kompleks antivirus proqram təminatı ilə mühafizə etməyi tövsiyə edirlər.

Gununsesi.info

COMMENTS