“Apple” şirkəti ucuz “iPad” istehsal edəcək

  • By admin
  • 22 Dekabr 2017 19:08

“Apple” şirkəti 9,7 düym ekranlı ucuz “iPad” istehsal edəcək.

Gununsesi.info xəbər verir ki, bu planşetin qiyməti 259 dollar təşkil edəcək.

Ucuz “iPad”lərin satışına 2018-ci ilin kvartalında başlanılması planlaşdırılır. “Apple” ilk 3 ay ərzində 10 milyon planşetin satışını nəzərdə tutub.

Bu qurğuların potensial alıcısı qismində sənaye sektorunda, eləcə də xidmət sektorunda işləyənlər nəzərdə tutulur.

Gununsesi.info