“Apple” şirkəti də Rusiyada satışı dayandırdı - Dünyanın nəhəng şirkəti sanksiyalara qoşuldu

  • By admin
  • 02 Mart 2022 09:41
ABŞ-ın “Apple” şirkəti Rusiyada mallarının satışını dayandırıb.
Gununsesi.info bildirir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir. “Apple” bəyan edib ki, bununla yanaşı özünü proqram əlavələrində Rusiyanın RT və “Sputnik” Agenliyinə və ödəmə sisteminə olan girişi də məhdudlaşdırır.
“Biz Ukraynaya olan müdaxiləyə cavab olaraq bir sıra addımların atılması barədə qərar qəbul etmişik. Ötən həftə ölkəyə mal gətirilməsini dayandırmışıq. Apple Pay və digər xidmətlər məhdudlaşdırılıb. RT və Sputnik artıq Rusiyadan kənarda əlçatan deyil”-deyə şirkətin bəyanatında bildirilir.
Gununsesi.info