Apple şirkəti Google-a qarşı “səssiz müharibə” aparır -Şirkət Google xidmətlərini iPhone-dan çıxarmağı planlaşdırıb

Apple və Google uzun müddətdir ki, bir-biri ilə əməkdaşlıq edir. Lakin mətbuatda müvafiq açıqlamalar vermirlər.

Bu barədə Gununsesi.info “Lenta Ri” telekanlına istinadən xəbər verir.

Beləliklə, Apple Google-a aid olan hər şeyi iOS-dan atmaq üçün öz xidmətlərini aktiv şəkildə inkişaf etdirməyə başlayıb. Eyni zamanda, Apple bir ildən çoxdur ki, Google ilə müharibə aparır, lakin bu barədə heç bir açıqlama verilmir. Mənbənin sözlərinə görə, iOS istifadəçiləri aktiv olaraq Google-un axtarış sistemindən istifadə edir, Gmail e-poçtuna malikdirlər, həmçinin xəritələrə daxil olurlar. Hal-hazırda, Apple bu proqramların hamısına alternativ yoxdur.

Analitiklər bildiriblər ki, “Apple” öz “xəritələrini” əhəmiyyətli dərəcədə təkmilləşdirməyə, həmçinin öz axtarış sistemini təqdim edilməsi üçün bütün lazımi resurslara malikdir. Üstəlik, korporasiyanın yenidən Google-a qarşı yönəlmiş reklam bazarında təsirini artırmağı planlaşdırdığı barədə danışılıb.

Tərcümə: Adil Elxanlı

Gununsesi.info