Apple ucuz artırılmış reallıq eynəkləri yaradacaq

Apple yeni qarışıq reallıq (MR) eynəklərində ucuz ekranlardan istifadə edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Koreyanın “The Elec” nəşri məlumat yayıb.

Media mənbələrinin məlumatına görə, Yaponiyanın Japan Display Inc (JDI) şirkəti şüşə əsaslı yüksək keyfiyyətli və nisbətən ucuz OLED ekranlar ixtira edib.

Nəşrin jurnalistləri hesab edirlər ki, onların köməyi ilə Apple şirkəti Vision Pro-nun ucuz versiyasını yaradacaq – məlumdur ki, 2019-cu ilin yayında İT nəhəngi JDI-ya 100 milyon dollar sərmayə qoyub.

Mütəxəssislər izah ediblər ki, yeni displeylər Vision Pro-dakı ekranlar kimi silikon deyil, şüşə əsasında hazırlanıb. Artırılmış reallıq eynəklərinin displeyləri daha bahalıdır, çünki silikon substrat ən yüksək təsvir ayırdetmə qabiliyyətini təmin edə bilir.

Bəzi hesablamalara görə, Apple-ın yapon tərəfdaşları tərəfindən tapılan material alternativ reallıq dəbilqəsinin qiymətini yarıbayarı azaldacaq. Apple Vision Pro eynəklərinin qiyməti 3500 dollar və ya təxminən 381 min rubl təşkil edir.

Hesabatda həmçinin qeyd olunur ki, hər bir Vision Pro ekranı düym üçün 3391 piksel piksel sıxlığına malikdir.

Müqayisə üçün qeyd edək ki, ucuz şüşə əsaslı OLED displey düym başına təxminən 1500 piksel sıxlığa malikdir.

 

 

Gununsesi.info