
“Apple Yaponiya” turistə “vergisiz məhsul satışı” səbəbi ilə 105 milyon dollar cərimə alıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xarici turistlərə topdan məhsul satışında istehlak vergisinin yanlışlıqla tətbiq edilməməsi səbəbi ilə “Apple Yaponiya” şirkətinə 105 milyon dollar cəza verildi.
Tokio Bölgə Vergiləndirmə Dairəsi “Apple Yaponiya”nın 2020-2021-ci illərinə aid 140 milyard yapon ieni (105 milyon dollar) dəyərindəki güzəştli satışlarını təthlil etdi. Bu zaman şirkətin satışlarda istehlak vergisinin yerinə yetirilmədiyi üzə çıxarıldı.
Yapon mediq qurumu “Nikkei Asia” yazır ki, 2022-ci ilin maliyyə ili satışları 26 milyard dollara çatan “Apple Yaponiya” bu il iyun ayında öz qərarı ilə vergidən güzəştli satışlarını dayandırmışdı.
Tərcümə: Arzu Sayadoğlu