“Təəssüflə qeyd etmək istərdim ki, ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişə nail olunmayıb. Bu Ermənistanın qeyri- konstruktiv mövqe tutması ilə bağlıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan baş naziri Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin fəaliyyətinə dair hesabat verərkən deyib. O qeyd edib ki, dövlət başçısı Azərbaycanın bu ağrılı məsələsini daim diqqətdə saxlayır və beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Nazir əlavə edib ki, bu illər ərzində Azərbaycan ordusunun maddi- texniki bazası möhkəmləndirilib : “2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun hazırlıq səviyyəsini göstərdi. Bu illər ərzində müdafiə sənayesi kompleksi yaradılıb, 1200-dən çox məhsulun, pilotsuz uçuş aparatlarının istehsalı təmin edilib.
Mürtəza
Gununsesi.info