Aprelin 3-də ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Seymur Qulamhüseyn oğlu Baxışovun Sumqayıtda yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Bu münasibətlə keçirilən mərasimində şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gununsesi.info xəbər verir ki, tədbirdə şəhid S. Baxışovun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğu diqqətə çatdırılıb. Çıxış edənlər bu gün qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı düşməndən azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını vurğulayıblar.
Sonra lövhənin üzərindən örtük götürülüb və önünə tər gül dəstələri qoyulub. Tədbir şəhidin məzarı başında davam etdirilib.
Qeyd edək ki, S. Baxışov Sumqayıtdakı Səhidlər xiyabanında dəfn olunub.
Gununsesi.info