
“Ermənistan prezidenti Serj Sərkisyan öz xoşu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq, aprel döyüşləri və Ermənistanın itkiləri onu hələ ağıllandırmayıb”.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu S.Sərkisyanın işğal olunmuş Azərbaycan torpaqlarına səfərinə mpvqeyini açqlayarkən deyib.
Onun sözlərinə görə, əgər onun ağlı başına gəlsəydi, o zaman Sərkisyan Dağlıq Qarabağı su yoluna döndərməzdi. “İndi də 2 sentyabrda Dağlıq Qarabağın “müstəqilliyinin 25 illliyini” qeyd etmək üçün Xankəndiyə gəlib. Sərkisyan Xankəndidəki mərasimlərdə iştirak etməklə yanaşı işğal altındakı Şuşada hansısa yataqxana kompleksinin açılışında iştirak edəcək. Bu o deməkdir ki, Şuşadan da ikiəlli yapışıblar”- deyə, politoloq vurğulayıb.
E.Şahinoğlu həmçinin deyib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Berlində ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında çıxışı zamanı bir daha diqqəti Qarabağ münaqişəsinin tənzimlənməsinə diqqəti cəlb edib. “Sadəcə, Məmmədayarovun çıxıındakı bir tezis “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib” fikri bir az sual doğurur, çünki həmin “zaman” elə işğalın ilk günündən yetişib.Məmmədyarov Berlində çıxış edən erməni həmkarı Edvard Nalbandyanı ziddiyətli fikirlərinə görə də tənqid edib. Məncə, Məmmədyarov Berlində daha bir sual səsləndirməli idi: “Ermənistan prezidentinin Şuşada nə işi var, axı bu danışıqlara və sülhə təxribatdır, Madrid planına görə Şuşadan işğalçı qüvvələr çıxarılacaqsa, Ermənistan hakimiyyəti niyə orada inzibati binalar inşa etdirir?”– deyə, politoloq qeyd edib.
Mürtəza
Gununsesi.info