Aptekdə yıxılan kişi öldü - LƏNKƏRANDA FACİƏVİ OLAY

  • By admin
  • 27 İyul 2017 11:14

xestexana-1

Lənkəranda ölüm hadisəsi baş verib.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında kişi aptekə gəlib və burada qəfildən vitrin şüşələrinin üstünə yıxılıb. Bu zaman o, çoxsaylı kəsik xəsarətləri alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölənin şəxsiyyəti müəyyənləşdirilir, fakt üzrə araşdırmalar davam etdirilir.

Gununsesi.info