Aptekdən dərman oğurlayan şəxs yaxalanıb (FOTOLAR)

  • By admin
  • 14 Dekabr 2016 13:31

unnamed-4

Ölkəmizdə fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur.

Gununsesi.info xəbər verir ki , 13 dekabr 2016-cı il tarixində gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Nəsimi rayonu Ceyhun Səlimov 7 ünvanında yerləşən aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal hadisə yerinə yollanan rayon mühafizə idarəsinin operativ qrupu aptekin giriş qapısının sındırıldığını və bir nəfər naməlum şəxsin obyektə daxil olduğunu aşkar ediblər. Həmin şəxs Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq ərazi üzrə 20-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə aptekdən oğurluğa cəhd edənin şəxsiyyətinə aydınlıq gətirilib və onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər, eləcə də kassadan oğurladığı pullar maddi sübut kimi götürülüb. Həmin şəxs əvvəllər də dəfələrlə oğurluq eydiyinə görə məhkum edilmiş Bəkirov Surac Nürəddin oğludur. Saxlanılan zaman üzərindən küt alətlər və 1100 manat pul aşkar olunub”. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun həmin gecə rayon ərazisində Mərdənov Qardaşları küçəsi 98 ünvanında yerləşən daha bir aptekdən də oğurluğa cəhd etdiyi müəyyən edilib. Göstərilən faktlarla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, hazırda, Daxili işlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Vətəndaşların mənzillərinin, həmçinin fiziki və hüquqi şəxslərin obyektlərinin texniki vasitələrlə mühafizəsi cinayətkarlıqla mübarizədə əvəzsiz profilaktik tədbir olduğundan bu sahə DİN rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu səbəbdən yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir vətəndaş DİN-in Baş Mühafizə İdarəsinə və onun yerli qurumlarına müraciət edə bilər.

unnamed-5 unnamed-6 unnamed-7 unnamed-8

Gununsesi.info