Aptekdən oğurluq etmək istəyən şəxs “iş başında” tutuldu – FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Tovuz rayon regional Mühafizə Şöbəsinin əməkdaşları oğurluq edən şəxsi “iş başında” saxlayıblar.

Nazirliyin Gəncə regional qrupundan verilən məlumata görə, gecə saatlarında şöbəyə rayon ərazisindəki apteklərdən birinə kənar şəxsin qeyri-qanuni yolla daxil olması barədə “Həyəcan” siqnalı daxil olub.

HTML tutorial

Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gəlib və aptekin arxa pəncərəsini sındıraraq içəri daxil olan şəxsi saxlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, cinayəti törədən şəxs əvvəllər məhkum olunmuş Elçin Rzayev içəri daxil olaraq oradan nağd pul oğurlamaq istəyib.

Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.