Aptekdən uşaq yeməyi oğurlayan şəxs həbs edildi

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.

Gununsesi.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb: “Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”.
Qeyd edək ki, daha əvvəl Lent.az-ın yaydığı məlumatda İlkin Məmişovun 100 manat dəyərində olan uşaq yeməyini övladı üçün oğurladığı bildirilmişdi.

 

Gununsesi.info