Aptekdən və evdən oğruluq edilib - FOTOLAR

  • Müəllif: admin
  • 07 Noyabr 2016 09:50

ogru2

Ölkəmizdə fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur.

Gununsesi.info xəbər verir ki, 2016-cı il noyabr ayının 5-də gecə saatlarında Biləcəri qəsəbəsində vətəndaş İlyas Yusifova məxsus Binəqədi Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mənzildən Mərkəzi Məlumat Mərkəzinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə yollanan rayon mühafizə idarəsinin operativ qrupu evin dəmir barmaqlıqlarının qırıldığını, eləcə də yaşayış sahəsinə daxil olan elektrik naqillərinin kəsildiyini və bir nəfər naməlum şəxsin mənzilə daxil olmaq istədiyini aşkar ediblər. Mühafizə polisi görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman idarə əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs zərərsizləşdirilərək ərazi üzrə 6-cı Polis Bölməsinə təhvil verilib. Bölmədə qeyd edilən mənzildən oğurluğa cəhd edən vətəndaşın şəxsiyyətinə aydınlıq gətirilib və onun üzərindən mənzilin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi ling aşkar edilərək maddi sübut kimi götürülüb.

Binəqədi Rayoon Mühafizə İdarəsi əməkdaşlarının keçirdiyi növbəti uğurlu tədbir nəticəsində 8-ci mikrorayon ərazisində yerləşən “Zeytun” aptekdən də oğurluq edən şəxs saxlanlıb. Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman, aptekdən müxtəlif dərman preparatlarını oğurlayaraq qaçmağa cəhd göstərən əvvəllər məhkum olunan Hikmət Yusifov elə cinayət başında saxlanılaraq ərazi üzrə 5-ci Polis Bölməsinə təhvil verilib. Hər 2 faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, hazırda, Daxili işlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Vətəndaşların mənzillərinin, həmçinin fiziki və hüquqi şəxslərin obyektlərinin texniki vasitələrlə mühafizəsi cinayətkarlıqla mübarizədə əvəzsiz profilaktik tədbir olduğundan bu sahə DİN rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu səbəbdən yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir yerli və əcnəbi vətəndaş DİN-in Baş Mühafizə İdarəsinə və onun yerli qurumlarına müraciət edə bilər.

ogru1 ogru

Gununsesi.info