Aqil Ələsgər “Bandotdel”dən tapıldı- JURNALİST ARTIQ EVİNDƏDİR

Aqil Ələsgər “Bandotdel”dən tapıldı

Son dəqiqə:

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılan Aqil Ələsgər səhər saatlarında sərbəst buraxılıb. Jurnalist artıq evindədir.

****

Bir sutkadan artıqdır ki, yaxınları tərəfindən axtarılan “Yeni Çağ”ın baş redaktoru Aqil Ələsgərdən xəbər var.

MŞ sədri Əflatun Amaşovun sözlərinə görə, oğurlandığı bildirilən baş redaktor “Bandotdel”də saxlanılır: 

“İş gününün sonuna doğru “Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”.

COMMENTS