“Aqrolizinq”ə yeni sədr təyin edildi

  • By admin
  • 02 May 2018 14:34

“Aqrolizinq” ASC-nin yeni sədrinin adı məlum olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  ASC-nin yeni sədri Seymur Mövlayevdir.

S.Mövlayev bundan əvvəl 3 saylı ASAN Xidmət Mərkəzinin direktoru olub.

Qeyd edək ki, S. Mövlayevdən əvvəl “Aqrolizinq”in sədri Elşən Məmmədov olub. Kənd təsərrüfatı nazirinin əmri ilə E. Məmmədov Nazirliyin Texniki siyasət şöbəsinin direktoru təyin olunub.

Gununsesi.info