Aqşin Əlizadə BƏƏ-dəki turnirin qalibi oldu

 Birləşmiş Ərəb Əmirliklərinin üçüncü böyük şəhəri Şarjada təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.

Gununsesi.info xəbər verir ki , turnirdə təmsilçilərimizdən ən yaxşı nəticəni “Futures” turnirində yarışan Aqşin Əlizadə göstərib.

Yekunda 7,5 xal toplayan təmsilçimiz əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Eyni turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.

Şarjadakı “Masters” turnirində 9 turda 6 xal qazanan Aydın Süleymanlı isə 10-cu yeri qazanıb.