Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixrac olunan məhsullara sağlamlıq sertifikatının verilməsi ilə bağlı Avropa İttifaqı ilə razılıq əldə edib.
Gununsesi.org xəbər verir ki, bunu AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib.
O bildirib ki, Azərbaycandan ixrac olunan, bitki və heyvan mənşəlli məhsullara veriləcək sağlamlıq sertifikatı Avropa İttifaqı tərəfindən tanınır:
“Sertifikatlar həm məhsulların qida təhlükəsizliyi, həm də heyvan mənşəlli məhsullar olduqda onun baytarlıq tələblərinin uyğunluğunu təsdiq edəcək. Bu isə sahibkarların işini asanlaşdıracaq.
Onlar iki sertifikat yerinə, bir sertifikat almaqla daha az dövlət rüsumu ödəyəcək. Ümumilikdə isə kiçik maliyyə xərci ilə Avropa İttifaqı ölkələrinə məhsul ixrac edə biləcəklər”.
E.Mikayılov onu da əlavə edib ki, sahibkarlar sertifikatın tanınması sahəsində çətinlik çəkməyəcək, lakin hər hansı problemlə üzləşərlərsə AQTA-ya müraciət edə bilərlər.