AQTA dörd gündə 30 subyektdə 181 nöqsan aşkarlayıb

  • By admin
  • 09 İyun 2022 11:04

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Regional bölmələrinin 31 may- 3 iyun tarixlərində apardığı planlı və plandankənar yoxlamaların statistikası açıqlanıb.

Gununsesi.info-nun  “Report” -a istinadən verdiyi xəbərə görə, həmin müddətdə ümumilikdə 37 yoxlama keçirilib.

Yoxlamalardan 23-ü planlı, 14-ü isə plandankənar olub. Nəticədə 30 subyektdə 181 nöqsan aşkarlanıb. İnzibati tədbir görülən subyektlərin sayı 30 olub. Qəbul edilən yoxlama nəticələri üzrə 42 qərar qəbul edilib.

Ən çox yoxlama Bakı şəhəri üzrə aparılıb. Belə ki, paytaxtda yoxlama aparılan subyektlərin sayı 7 olub. Onların da 6-da nöqsan aşkarlanıb.

Yoxlamalar zamanı aşkarlanan nöqsanların statistikasına gəlincə, sanitar norma və qaydalara əməl olunmaması ilə bağlı 24 fakt, mal qonşuluğunun, temperatur rejiminin pozulmasına görə 8, istehlakçıların hüquqlarının pozulması ilə bağlı 8, Agentliyin vəzifəli şəxslərinin verilmiş tələblərinin yerinə yetirilməməsinə görə 1 fakt aşkarlanıb.

Gununsesi.info