Aralıq dənizində faciə – 40 immiqrant itkin düşüb

  • By admin
  • 09 İyul 2017 14:29

libyaaciklarinda40gocmenkayip14995834121405jpg
Qanunsuz yolla Avropaya qaçmaq istəyən immiqrantlar Liviya sahillərində faciə ilə üzləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qayığın batması nəticəsində 40 nəfər itkin düşüb, 80 nəfər isə sağ qurtarılıb.

İmmiqrantların Nigeriya, Seneqal, Kamerun, Fildişi Sahili və Qanadan olduqları bildirilir.

Qeyd edək ki, bu il Aralıq dənizində 1800 immiqrant ölüb.

Gununsesi.info