
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan USS Harry S. Truman Misir sahillərində Panama bayraqlı “Beşiktaş-M” adlı yük gəmisi ilə toqquşub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan USS Harry S. Truman dünən Misirin Port Səid yaxınlığında Beşiktaş-M yük gəmisi ilə toqquşub.
“Toqquşma Harri S. Truman üçün təhlükə yaratmayıb, daşqın və ya xəsarət alanlar barədə məlumat verilməyib. Hərəkət sistemləri təsirsiz olub, təhlükəsiz və sabitdir. Hadisə araşdırılır”, – Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.
“USS Harry S. Truman” gəmisi ötən ilin dekabrından Yəməndə İranın dəstəklədiyi husilərin kommersiya və hərbi gəmilərə təşkil etdiyi hücumların qarşısını almaq missiyası çərçivəsində Qırmızı dənizdə fəaliyyət göstərir.
Orxan Saffari