
Bu il Aralıq dənizində 4 min 621 miqrant həyatını itirib.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, BMT-nin Cenevrə şəhərində yerləşən ofisində təşkil olunan mətbuat konfransında çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle bildirib ki, bu il 4 min 621 miqrant dünyasını dəyişib: “Bu gerçək mənada bir fəlakətdir. Ötən il Avropaya Aralıq dənizi vasitəsilə keçmək istəyən 3 min 777 miqrant həyatını itirib. Son 3-gün ərzində isə 365 mühacir ölüb”.
Daha sonra L. Doyle ötən ilin eyni ayı ilə müqayisədə daha çox miqrantın həyatını itirdiyini vurğulayıb: “İnsan ölümlərinə məhz pis hava və sərt dəniz şərti səbəb olub. Bütün bu təhlükələrə baxmayaraq, bu il 343 min 589 miqrant dəniz yolu ilə Yunanıstan və İtaliyaya keçməyi bacarıb. Hazırda 170 min 679 miqrant Yunanıstana, 167 min 276 miqrant isə İtaliyaya gəlib”.
Tədbirin sonunda L. Doyle xatırladıb ki, ötən il noyabr ayının 1-dən etibarən Avropada sığınacaq axtaran mühacirləri sayının 728 min 976 olub.
Anar
Gununsesi.info