
Aralıq dənizində miqrantları daşıyan rezin qayıq batıb.
Gununsesi.info xəbər verir ki, hadisə zamanı qayıqda 140 nəfər olub.
Onlardan 34-nün cəsədi tapılıb, 64 nəfər isə xilas edilib. Xilas edilənlər İtaliyanın Salerno şəhərinə aparılıb. Hazırda 42 nəfər itkindir.
Məlumata görə, ölənlərdən 26-sı nigeriyalı qadınlardır.
Gununsesi.info