Aram Qabrelyanov Koçaryanın qalib gəldiyini açıqladı

  • By admin
  • 20 İyun 2021 22:11

Erməni əsilli tanınmış rusiyalı jurnalist, Paşinyan hökumətinin tənqidçisi Aram Qabrelyanov Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində “Ermənistan” blokunun lideri Robert Koçaryanın qalib gəldiyini açıqlayıb.

Gununsesi. info xəbər verir ki, bu barədə o, teleqram kanalında bildirib. Qabrelyanov “exit-poll”un Rusiya xidmətinin nəticələrinə istinad edib.

“Ermənistan bloku – 41%, Vətəndaş müqaviləsi-21%, Çiçəklənən Ermənistan-10%, Şərəf duyuram-7%”, – Aram Qabrelyanov yazıb.

Gununsesi. info