Aramco hücumdan öncəki neft istehsalını bərpa etdi - İbrahim əl-Buəynəyn

“Aramco 14 sentyabrda həyata keçirilən hücumdan öncəki neft istehsalını bərpa edib.”

 

Gununsesi.org SalamNews-a istinadla xəbər verir ki, bunu Aramco neft şirkətinin Alqı-Satqı Şöbəsinin icraçı direktoru İbrahim əl-Buəynəyn deyib.

 

Ötən gün Birləşmiş Ərəb Əmirliyinin əl-Fuceyra şəhərində keçirilən konfrans zamanı əl-Buəynəyn bildirib ki, Aramco 14 sentyabrdan öncəki neft istehsalını bərpa edib.

 

Qeyd edək ki, 14 sentyabrda Aramco-nun Abqaiq və əl-Xureys neft təsisatları husilər tərəfindən vurulandan sonra Səudiyyə Ərəbistanın gündəlik 11 milyon barellik neft istehsalı yarıya enmişdi.

Gununsesi.org