Ararat Mirzoyan ATƏT-in toplantısında iştirak edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyanın paytaxtı Skopyedə işgüzar səfərdədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Ararat Mirzoyan ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyasında iştirak edəcək.

“Səfər zamanı ikitərəfli görüşlər də planlaşdırılır”, – deyə o yazıb.

 

 

Gununsesi.info