Gec yatan insanların intellekt səviyyəsinin daha yüksək olduğu müəyyən edilib.
Gununsesi.info xəbər verir ki, araşdırmaya görə, IQ göstəricisi 125-dən yüksək olan insanlar adətən gecə saat 01:44-dən sonra yatır, həftəsonları isə saat 11:00-dan sonra oyanırlar.
Orta IQ səviyyəsinə malik insanlar təxminən saat 00:10-da, aşağı IQ göstəricisi olanlar isə orta hesabla saat 23:41-də yuxuya gedirlər.
Mütəxəssislər bu fərqi yüksək intellektli insanların qədim instinktləri daha asan aşması və ənənəvi gündəlik rejimdən kənara çıxmağa daha meylli olması ilə izah edirlər.
Araşdırmanın nəticələri yuxu vaxtı ilə intellekt səviyyəsi arasında müəyyən əlaqənin ola biləcəyini göstərir.
Günay












