Araşdırma: “TikTok” yeniyetmələri intihara belə sürükləyir

Ekspertlər araşdırma aparıb və aşkar ediblər ki, “TikTok”da 1700-ə yaxın video yeniyetmələr arasında intiharı təbliğ edir.

Gununsesi.info bu barədə xarici KİV-ə istinadla xəbər verir.

HTML tutorial

Ekspertlərin fikrincə, bu göstərici bütün əsas platformalar arasında ən yüksək göstərici olub.

Onlar bildiriblər ki, “TikTok”un ölüm qrupları ilə bağlı hashtaglarla məzmunun yayılmasında mütləq liderə çevrilməsindən narahatdırlar: “İntihar meylləri ilə mübarizə sahəsində aparılan qeyri-qənaətbəxş işlərlə bağlı xarici sosial şəbəkələrə qarşı tədbir görülməli idi”, – deyə qeyd ediblər.

Tədqiqat bu il martın sonundan iyunun əvvəlinə qədər aparılıb.

Mütəxəssislər həmçinin Facebook, Instagram və VK-da yerləşdirilən məzmunu da təhlil ediblər.

Gununsesi.info