Arayik Harutyunyan Qarabağdakı fermasını ləğv edib

  • By admin
  • 28 Avqust 2023 09:47

Qarabağda özünü qondarma rejimin başçısı elan edən Arayik  Harutyunyan uzun illərdi ki, bu bölgədə yaratdığı fermer təsərrüfatını ləğv edib.

Bu barədə Gununsesi.info Ermənistan mediasına istinadən bildirir.

Məlıumata görə, Arayik Harutyunyan bu addımı atmaqla Qarabağdan ümidini üzdüyünü etiraf etmiş olub.

Erməni mediası yazır ki, o fermasında olan mal-qoyunun əksəriyyətini satıb, yerdə qalanları isə Ermənistana köçürür.

Bundan başqa Arayik Harutyunyanın Xankəndindəki topdan satış bazarının da bağlanacağı bildirilir.

 

Tərcümə: 

Afət Abbasova

Gununsesi.info