Bakıda həbsdə olan qondarma “Artsaxın keçmiş başçısı” Arayik Arutyunyanın Azərbaycan Dövlət Televiziyasına müsahibə verməsi Ermənistanda ciddi rezonans doğurub.
Gununsesi.info xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, Arayik Arutyunyanın açıqlamaları siyasi dairələrdə ciddi narahatlığa səbəb olub.
Onlar hesab edirlər ki, Arayik Arutyunyan Ermənistan və erməni xalqı üçün ağır nəticələrə səbəb ola biləcək bəyanatlar verə bilər.
“Məsələn, rəsmi Bakı “Artsaxın keçmiş prezidenti”nin bəzi sözlərinə əsaslanaraq Ermənistanı işğalçı və “Artsax”dakı müharibələrə cavabdeh kimi tanıtmağa cəhd edə bilər”, – deyə mətbuat rəsmi İrəvanın narahatlığını ifadə edib.
Ermənistan siyasi dairələri Arayik Arutyunyanın müsahibəyə məcbur edildiyi barədə hay-küy salmaqla insan hüquqlarının pozulduğuna dair cəhdlər edir, beynəlxaql təşkilatların diqqətini bu istiqamatə yönəltməyə çalışırlar.
Qeyd edək ki, Arayik Arutyunyanın müsahibəsi tam olaraq martın 28-də AzTV-də nümayiş olunacaq.
Gununsesi.info