“Müxalifətin radikal qanadının Azərbaycan prezidenti İlham Əliyevin Konstitutsiyaya dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətə müsbət cavab verməsinə etiraz etməsi əsassızdır. Bu, sadəcə, gülünc hərəkətdir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili, ASDP sədri Araz Əlizadə deyib. Onun sözlərinə görə, müxalifətin bu radikal kəsimi onu da anlamalıdır ki, Konstitutsiya Məhkəməsi nəticə təsdiqləmir, sadəcə, ölkə başçısının Konstitutsiyaya dəyişikliklə bağlı müraciətini müsbət cavablanıdırıb və burada hər hansı qanunsuzluq yoxdur.
“Müxalifətin bu kəsimi anlamalıdır ki, indiki məqamda hər hansı qanunsuzluq yoxdur və Konstitutsiya Məhkəməsinin qəbul etdiyi qərar qanunauyğundur. Müxalifət o zaman irad bildirə bilər ki, refernedum keçirilə və xalq onun əleyhinə çıxa, Konstitutsiya Məhkəməsi də xalqın mövqeyinin əleyhinə rəy verə…Yəni, onda etiraz edə bilər və onlar o zaman haqlı olarlar. Demokratiuyanın və qanunların pozulmasından danşa bilərlər. Yox əgər xalq referendumda işçtirak edib, dəyişiklikləri dəstəkləyərsə, elə bu, demokrtayanın təzahürüdür. O zaman da müxalifət bir söz deyə bilməz”-deyə, A.Əlizadə vurğulayıb. Ölkə başçısının Konstitutsiyaya dəyişiklik edilməsi ilə bağlı təklifini dəyərləndirən A. Əlizadə hesab edir ki, bu, doğru qərardır. “Konstitutsiyaya nəzərdə tutulan dəyişikliklər, referendumun keçrilməsi doğrudur və ölkənin maraqlarına xidmət edir. Bu, ancaq demokratiyanın inkişafına xidmət edir. Bu, eyni zamanda, maliyyə vəsaitinə qənaət etmədkir”- deyə, o, qeyd edib.
Mürtəza Bünyadlı
Gununsesi.info