Araz Əlizadə koronavirusa yoluxub

  • By admin
  • 27 İyul 2020 21:40

Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

Gununsesi.info-nun məlumatına görə, A.Əlizadə “Yeni klinika”ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub.

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi “Yeni klinika”da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.

 

 

Gununsesi.info