Araz Ağalarov Dmitriy Medvedyevin xanımı ilə rəqs edib - VİDEO

  • By admin
  • 11 Noyabr 2017 10:40

Azərbaycanlı milyarder Araz Ağalarov Rusiyanın baş naziri Dmitriy Medvedyevin xanımı Svetlana Medvedyeva ilə rəqs edib.

Gununsesi.info teleprogramma.pro-ya istinadən xəbər verir ki, bu günlərdə Moskvada “Crocus Grup” şirkətinin 15 illik yubileyi və Araz Ağalarovun 62 yaşının tamam olması münasibəti ilə “Crocus Siti Mall” ticarət mərkəzində möhtəşəm tədbir keçirilib.

Qeyd edək ki, bu tədbirdə Rusiyanın elitası, ictimai, siyasi, mədəniyyət xadimləri, Rusiya və xarici şou-biznes nümayəndələri iştirak edib. Ağalarovun ad günündə Rusiyanın baş naziri Dmitriy Medvedyevin xanımı Svetlana Medvedyeva da iştirak edib.

Bu mərasimdə Araz Ağalarov baş nazirin xanımı, bir zamanlar Rusiyanın birinci xanımı olmuş Svetlana Medvedyeva ilə rəqs edib. Onlar Emin əfsanəvi Enqelbert Hamperdinklə duet oxuyan zaman rəqs ediblər.

Gununsesi.info