Araz Ağalarovun obyektinə silahlı hücum edən şəxslər hələ tapılmayıb -Foto

  • By ilhame
  • 22 Mart 2024 22:09

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı milyarder Araz Ağalarova məxsus “Krokus Siti Holl”da konsert zamanı naməlum şəxslər avtomat silahlarla hücum edərək daha sonra oranı yandırıblar.

Gununsesi.info sosial şəbəkədə yayılan məlumatlara istinadən bildirir ki, hadisədə ölən və yaralananlar var.

Hələlik nə hücum edənlər tapılmayıb, nə də yanğın söndürülə bilib.

Məlumata görə, yanğın davam edir, binanın dam örtüyü çöküb, xeyli insan qapalı vəziyyətdə qalıb.

Gununsesi.info