Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi… tamamlanacaq

  • By Günel
  • 22 Yanvar 2025 22:02

İran-Azərbaycan sərhədində, Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi yaxın vaxtlarda tamamlanacaq.

Gununsesi.info xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.

“Ümid edirik ki, Araz çayı üzərindəki avtomobil körpüsünün inşası yaxın vaxtlarda tamamlanacaq”, – o bildirib.

Gununsesi.info