Araz çayında boğulan gəncin cəsədi ailəsinə təhvil verildi

  • By admin
  • 21 Avqust 2016 13:19

araz000

20 avqust 2016-cı il tarixində, Saatlı rayonu, Nərimanov kəndi Araz çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN)  Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info-nun FHN-nin saytına istinadən məlumatına görə, əməliyyat saat 11:50-də başa çatıb.

Gununsesi.info