Araz FM-dən özəl təbrik: 8 Mart, 8 kompozisiya - FOTO

  • By admin
  • 09 Mart 2023 14:15

Xəzər Media Mərkəzinin Araz FM radiosu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müğənni Rəsul Əfəndiyevlə birlikdə yeni layihə ərsəyə gətirib.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın 8 qadın bəstəkarının sevilən mahnıları bu dəfə Rəsul Əfəndiyevin özünəməxsus  ifasında dinləyicilərə təqdim olunub.

Yaradıcılığı ilə şöhrət qazanmış Azərbaycan bəstəkarları – Səfiqə Axundovanın, Elza İbrahimovanın, Ruhəngiz Qasımovanın, Nailə Mirməmmədlinin, Aygün Səmədzadənin, Gövhər Həsənzadənin, Elza Seyidcahanın və Zivər Ağayevanın ən məşhur mahnılarından ibarət kompozisiya dinləyicilər üçün bayram sürprizi olub.

Gununsesi.info