Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz “Araz” ikinci oyununu keçirib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Kosovanın “Feniks” komandası ilə qarşılaşan təmsilçimiz 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu oyunun 11-ci dəqiqəsində Xətai Bağırov vurub.
“Araz” qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 17:30-da Makedoniyanın “Zelezarec” komandasına qarşı keçirəcək.
Anar
Gununsesi.info