
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində mübarizə aparan “Araz” ilk oyununu keçirib. Təmsilçimiz Xorvatiyanın “Nacional” komandası ilə qarşılaşıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, oyun 2:1 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb. “Araz”ın heyətində Fineo De Araujo fərqlənib. İkinci oyununu bu gün keçirəcək təmsilçimiz Rusiyanın “Uqra” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Anar
Gununsesi.info