Ötən il Türkiyə Muaytay Federasiyası (TMF) və Azərbaycan Muaytay-Tayboks Federasiyaları rəhbərləri arasında keçirilən danışıqlara əsasən Türk Dövlətləri Muaytay Çempionatının təşkili barədə razılığa gəliblər.
Gununsesi.info xəbər verir ki, ilk olaraq Azərbaycandan dəstək almaq üçün Türkiyə Gənclər və İdman Nazirliyinin Baş katibi, TMF-nin kuratoru Korkmaz Atalay, TMF-nin Mərkəz Yürütmə Kurulu başkanı Atakan İli Azərbaycan Muaytay-Tayboks Federasiyasının qonağı olub, keçiriləcək çempionat barədə danışıqlar aparıb.
Digər Türk dövlətləri muaytay federasiyaları ilə də razılaşma olduqdan sonra təkliflər paketinin Türk dövlətləri idman nazirliklərinə təqdim olunması planlaşdırılır.
TMF-dən verilən son məlumata əsasən Türkiyə Gənclər və İdman Nazirliyi Türk Dövlətləri Muaytay Çempionatının 6-10 sentyabr 2024 -cü il tarixlərinə təyin edilməsini təsdiq edib.
Gununsesi.info