“Araz-Naxçıvan” 17-ci dəfə Azərbaycan çempionu oldu

  • By admin
  • 15 May 2023 21:50

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olub.

Gununsesi.info xəbər verir ki, finalda “Araz-Naxçıvan” və “Neftçi” komandaları qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən matç Naxçıvan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Araz Naxçıvan” tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.

“Baku Fire” isə 3-cü yer uğrunda oyunda “Record club”u 23:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.

Gununsesi.info