ARB ilə bağlı səsləndirilən iddialara rəsmi cavab

  • By admin
  • 01 Dekabr 2021 20:57

“ARB Media Qrup” sosial şəbəkələrdə səsləndirilən əsassız iddialarla əlaqədar açıqlama yayıb.

Gununsesi.info xəbər verir ki, telekanalın mətbuat katibi Mail Əsgərov Report-a bildirib ki, ARB televiziyası ötən gün baş verən “Qaraheybət” faciəsinin rəsmi xəbəri yayılan kimi əyləncəli verilişlərinin kontentində köklü dəyişikliklər edib.

Belə ki, verilişlərdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib. Buna baxmayaraq, bəzi sosial şəbəkələrdə ARB televiziyasına qarşı “qara piar” xarakteri daşıyan kampaniyalar aparılıb. Həmin gün kanalın efirini izləməyən insanları çaşdıraraq, guya əyləncə və şou verilişlərinin yayımının aparıldığı iddia olunub.

“Vətən Müharibəsindən əvvəl və sonra da daim şəhidlər və qazilərlə bağlı mövzulara həssas yanaşmağımız tamaşaçılarımıza məlumdur. “ARB Media Qrup” təkcə bu il ərzində şəhid və qazilərimizin qəhrəmanlıqlarına 510 süjet, film və mütəmadi olaraq bir sıra verilişlər həsr edib. Bu ənənəmiz fəaliyyətdə olduğumuz müddətdə davam edəcək”, – M.Əsgərov qeyd edib.

Gununsesi.info