
Futbolçu Arda Turan sosial şəbəkə paylaşımı ilə gündəm olub.
Gununsesi.info xəbər verir ki, futbolçu yenicə ailə qurduğu həyat yoldaşı Aslıhan Doğana ayaqlarını yudurdub. Arda həmin an çəkilmiş şəklə “Yeni fizioterapevtim” sözlərini yazıb. Ardanın bu addımı çoxlarını təəccübləndirib.
Xatırladaq ki, bir müddət əvvəl müğənni Alişan “Evlənəcəyim qadın ayaqlarımı yuyub, başmaqlarımı geyindirəcək” sözləri ilə həm sosial şəbəkə izləyicilərinin, həmdə həmkarlarının qəzəbinə səbəb olmuşdu.
Gununsesi.info