Türkiyə futbolunun ən böyük istedadlarından biri kimi görünən Arda Gülər qısa zamanda yüksəlişi ilə böyük sıçrayış edib.
Gununsesi.info xəbər verir ki, ötən mövsüm “Fənərbağça”da keçirdiyi uğurlu oyunların ardından “Real Madrid”ə transfer olan gənc ulduz rekordlar qırıb.
20 milyon avroluq transfer haqqı qazanaraq “sarı-göylülər” komandasına keçən Arda Gülər ispan nəhənginə bəzi bədbəxtliklərlə başlayıb.
Mövsümün əvvəlində “Real Madrid”in ABŞ düşərgəsində zədələnən gənc ulduz düz 2 ay meydanlardan uzaq olub.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, gənc futbolçunun təxminən 1 ay daha meydanlardan uzaq qalacağı gözlənilir.
La Liqada “Las Palmas” matçından sonra açıqlama verən Real Madridin baş məşqçisi Karlo Ançelotti, “Onun bəxti gətirmədi. Sonra ağrı hiss etdi və yüngül zədə aldı. Özünü yaxşı hiss etmədiyi üçün kədərlənir. Bir az da gözləmək lazım gələcək” deyib.
“Real Madrid” zədəsini sağaltsa belə hazırda komandadan çox uzaqda olan və sonradan oyuna girməsi belə çətin görünən Arda Güləri icarəyə vermək qərarına gəlib.
Arda Gülər daha əvvəl icarə əsasında başqa komandaya getməyəcəyini desə də, ispan nəhəngi Arda Gülərin matç ritmini tapması üçün 18 yaşlı ulduzu icarəyə göndərməyə hazırdır.
“Real Madrid”in verdiyi bu qərardan sonra İspaniya nəhənginin qapısını ilk döyən komanda “Real Betis” olub. “Real Betis”in Arda Güləri israrla istədiyi öyrənilib.
Səid Əhmədli
Gununsesi.info