Arda İngiltərədə oynaya bilər

  • By admin
  • 14 Noyabr 2016 22:22

Arda Turan

 

“Barselona”nın futbolçusu Arda Turan qış transferi pəncərəsi dönəmində Kataloniya klubundan ayrıla bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Liverpul” türk yarımmüdafiəçi ilə yaxından maraqlanır. Baş məşqçi Yurgen Kloppun bəyəndiyi A.Turanın bu qış İngiltərə klubuna keçə biləcəyi vurğulanıb.

Qeyd edək ki, A.Turan bu mövsüm İspaniya La Liqasında 8 oyuna 2 qol vurub.

Gununsesi.info